...

Küveytin İslam işləri üzrə nazir müavini Bakıda Beynəlxalq Dinlərarası Sammitdə iştirak edəcək

Cəmiyyət Materials 24 Aprel 2010 15:10 (UTC +04:00)
Küveytin Vəqflər və İslam işləri üzrə nazir müavini Şeyx Adil əl-Fəllah növbəti həftə Bakıda açılacaq Beynəlxalq Dinlərarası Sammitdə iştirak edəcək. Bu barədə Küveytin Vəqflər və İslam İşləri üzrə Nazirliyindən Trend-ə bildiriblər.
Küveytin İslam işləri üzrə nazir müavini Bakıda Beynəlxalq Dinlərarası Sammitdə iştirak edəcək

Küveyt, əl-Küveyt, 24 aprel /Trend, xüsusi müxbir R.Hafizoğlu/

Küveytin Vəqflər və İslam işləri üzrə nazir müavini Şeyx Adil əl-Fəllah növbəti həftə Bakıda açılacaq Beynəlxalq Dinlərarası Sammitdə iştirak edəcək. Bu barədə Küveytin Vəqflər və İslam İşləri üzrə Nazirliyindən Trend-ə bildiriblər.

Ümumdünya Beynəlxalq Dinlərarası Sammitin işində xristian dininin nümayəndələri, müsəlman, yəhudi, buddistlər, həmçinin MDB və digər digər ölkələrin dini liderləri iştirak edəcəklər.

Dini liderlərin Sülhmərmalı Beynəlxalq Dinlərarası Forumu adı altında ilk belə sammiti Moskva və Bütün Rusiyanın patriarxı II Aleksey və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin təşəbbüsü ilə 2000-ci ildə Moskvada keçirilib.

2004-cü ildə Rusiya paytaxtında ikinci analoji forum keçirilib. 2006-cı ildə Moskvada dini liderlərin Ümumdünya Sammiti baş tutub. Sonra isə forumun keçirilmə ənənəsini İtaliya, Almaniya və Yaponiya davam etdirib.

Sammitin keçirilməsinə kimi bazar günü Azərbaycan paytaxtında patriarx Kirilin iştirakı ilə iki tədbir baş tutacaq: o, Kafedral kilsəsində liturgiya həyata keçirəcək və MDB Dinlərarası Şurasının iclasında iştirak edəcək. Bazar ertəsi axşam isə Moskvaya qayıdacaq.

Patriarxın Azərbaycana əvvəlki səfəri 2009-cu ilin noyabrında baş tutmuşdu və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin 60 illiyi ilə əlaqədar keçirilən tədbirə təsadüf etmişdi.

Xəbər lenti

Xəbər lenti