...

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilən müsabiqənin qalibləri Belçikaya gedəcəklər (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 6 May 2010 15:10 (UTC +04:00)
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə orta məktəblər arasında təşkil olunan yazı müsabiqənin qalibləri cümə axşamı mükafatlandırılıb.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilən müsabiqənin qalibləri Belçikaya gedəcəklər (ƏLAVƏ OLUNUB) (FOTO)

RED: əlavəsi: 6-cı abzas əlavə olunub

Azərbaycan, Bakı, 06 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə orta məktəblər arasında təşkil olunan yazı müsabiqənin  qalibləri cümə axşamı mükafatlandırılıb.

"Müsabiqənin təşkilatçıları Heydər Əliyev Fondu, hakim Yeni Azərbaycan Partiyası, təhsil, rabitə və informasiya texnologiyaları nazirlikləri, Azərbaycan Həmkarlar İttifaqlarları Konfederasiyası olub", - Trend-in məlumatına görə, cümə axşamı "Gülüstan" sarayında qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Müsabiqə iştirakçıları olan orta məktəblərin 7-11-ci və ilk peşə ixtisas təhsil müəssisələrinin şagirdləri "Ulu Öndər Heydər Əliyevi düşünərək" mövzusunda inşa yazıblar. Müsabiqənin son mərhələsinə 96 şagird qatılıb və onların 21-i qalib kimi mükafata layiq görülüb. Qaliblərin 5-i birinci, 5-i ikinci, 11 nəfəri isə üçüncü yeri tutub.

"Müsabiəqnin keçirilməsində məqsədimiz müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyev haqqında gənclərin biliyini artırmaq olub", - mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib.

Heydər Əliyev Fondunun icraçı-direktoru Anar Ələkbərovun sözlərinə görə, müsabiqənin qalibi 21 nəfər Fransa, Belçika və Almaniyada fondun təşkilatçılığı ilə bir həftə istirahət edəcək.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkənin ən müxtəlif bölgələrindən olan qaliblərin Belçika Krallığına səfərləri nəzərdə tutlur. Səfər çərçivəsində məktəblilər Hollandiya, Fransa və Almaniyada olacaq, bu ölkələrin həyatı, tarixi-mədəni abidələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov qaliblərin 12 nəfərinə hakim partiya tərəfindən təqaüd ayrıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti