...

Azərbaycanda gənc ailələr arasında festival keçiriləcək

Cəmiyyət Materials 13 May 2010 15:59 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə Gününün qeyd olunması məqsədilə gənc ailələr arasında "Mənim ailəm" festivalı keçiriləcək.
Azərbaycanda gənc ailələr arasında festival keçiriləcək

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə Gününün qeyd olunması məqsədilə gənc ailələr arasında "Mənim ailəm" festivalı keçiriləcək. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyindən bildiriblər.

Festivalın keçirilməsində əsas məqsəd gənc ailələrə dövlət qayğısının artırılması, cəmiyyətdə ailə dəyərlərinin təbliğ edilməsi, sağlam və möhkəm ailələrin qurulmasına ictimai dəstək göstərilməsi, ictimaiyyətin diqqətinin və səylərinin onların sosial problemlərinin həllinə cəlb edilməsi, gənc ailələrin tərbiyəvi funksiyalarının gücləndirilməsinə əlverişli şəraitin yaradılması, onların ailəvi istirahətinin və asudə vaxtının mənalı təşkilindən ibarətdir.

Festivalda Bakı şəhərindən olan ailələrlə yanaşı, respublikamızın əksər regionlarından olan gənc ailələrin də iştirak edəcəyi nəzərdə tutulub.

Festivalda respublikanın bölgələrindən və Bakı şəhərindən 30-dan artıq gənc ailə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti