...

Azərbaycanda Kür və Araz çaylarının daşmasından zərər çəkmiş rayonlar üzrə əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatdırılıb

Cəmiyyət Materials 20 May 2010 12:19 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Kür və Araz çaylarının daşmasından zərərçəkmiş rayonlar üzrə (Sabirabad, Şirvan, Zərdab, İmişli, Neftçala, Saatlı, Salyan, Kürdəmir, Hacıqabul) əmək pensiyalarının maliyyələşdirilməsini tam başa çatdırıb.
Azərbaycanda Kür və Araz çaylarının daşmasından zərər çəkmiş rayonlar üzrə əmək pensiyalarının maliyyələşdirilməsi tam başa çatdırılıb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Kür və Araz çaylarının daşmasından zərərçəkmiş rayonlar üzrə (Sabirabad, Şirvan, Zərdab, İmişli, Neftçala, Saatlı, Salyan, Kürdəmir, Hacıqabul) əmək pensiyalarının maliyyələşdirilməsini tam başa çatdırıb. Bu barədə cümə axşamı Trend-ə DSMF-in ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.

Babayev deyib ki, DSMF tərəfindən baş vermiş təbii fəlakət nəticəsində yaşayış yerini itirmiş ailələrə pensiyaların çatdırılması xüsusi nəzarətə götürülüb. Belə ki, DSMF-in qeyd olunan rayonlar üzrə şöbələri bu istiqamətdə müvafiq işləri həyata keçirmək və prosesi sürətləndirmək üçün tədbirlərin icrasına başlayıblar.

Öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülmüş insanlara əmək pensiyalarının təcili çatdırılması üçün posterminallar və digər vasitələrdən istifadə olunur. Eləcə də pensiyaçılarla daimi təmasda olmaq, onlara mənəvi-psixolojı yardım etmək, müraciətlərini operativ həll etmək məqsədilə yerlərdə xüsusi işçi qruplar təşkil olunub.

Trend-in arayışı: Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti