...

Avropa Tələbələr Forumu Media Işçi Qrupu masterklass keçirib

Cəmiyyət Materials 22 May 2010 20:13 (UTC +04:00)
Avropa Tələbələr Forumu Media Işçi Qrupu mayın 22 "Gənclik və Cəmiyyət" layihəsi çərçivəsində "Informasiya Cəmiyyəti" mövzusunda masterklass keçirb.
Avropa Tələbələr Forumu Media Işçi Qrupu masterklass keçirib

Avropa Tələbələr Forumu Media Işçi Qrupu mayın 22  Trend BIA-nın konfrans zalında "Gənclik və Cəmiyyət" layihəsi çərçivəsində "Informasiya Cəmiyyəti" mövzusunda masterklass keçirb.

Tədbirdə Azerbaycan Internet Forumun Sədri Osman Gündüz çıxış etdi.

 Media Işçi Qrupunun correspondentləri Aydan Karayeva, Arzu Yariyeva, Ilkin Zeynalov, Afət Ibrahimova Informasiya Cəmiyyətinin bugünkü cəmiyyətə olan təsirindən, bu sahədə gənclərin rolu və bu problematikasının zəif tərəfləri haqqında söhbət açdılar.

AEGEE Media Işçi Qrupunun koordinatoru Afag Əhmədova bu mövzunun bugünkü reallıqda aktuallıgını qeyd edərək, gənclərin bu sahədə daha aktiv olmasından danışdı.

 "Gənclər və Cəmiyyət" layihəsinin əsas hədəfi eyniadlı jurnalıdır. Iyun ayının ortalarında AEGEE-Bakı təşkilatının Forumunda təqdimatı gözlənilir.

Layihənin Rəhbəri Afaq Əhmadovanın sözlərinə gorə, bu jurnal Azərbaycan gəncliyinin sevimli jurnalı olmalı, dunyada ve Azərbaycanda ən yeni trendlər ve hadisələr haqqında xəbər verməlidir.

"Muasir gəncliyin nümayəndəsi olaraq gənclərə düzgün istiqamət verməyi özümüzə borc bilirik", - Afag Əhmadova soylədi.

Xəbər lenti

Xəbər lenti