...

Gender bərabərliyi demokratik cəmiyyətin əsas tərkibidir - Azərbaycanın birinci xanımı Mehriban Əliyeva (FOTO)

Cəmiyyət Materials 24 May 2010 18:50 (UTC +04:00)
Gender bərabərliyi XX əsrin boyük nailiyyətidir. Bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Avropa Şurası nazirlərinin VII "Gender bərabərliyi: bərabərliyin de-yure və de-fakto təminatı" konfransında çıxışı zamanı deyib.
Gender bərabərliyi demokratik cəmiyyətin əsas tərkibidir - Azərbaycanın birinci xanımı Mehriban Əliyeva (FOTO)

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir Y.Ostapenko/

Gender bərabərliyi XX əsrin boyük nailiyyətidir. Bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Avropa Şurası nazirlərinin VII "Gender bərabərliyi: bərabərliyin de-yure və de-fakto təminatı" konfransında çıxışı zamanı deyib.

Mehriban Əliyevanın sözlərinə görə, qadınlar və kişilər arasında bərabərsizliyin aradan qaldırılması çoxdan başlayıb və avropalıların gender siyasətində zəngin təcrübəsi var. Qadınlar Avropa cəmiyyətində həyatın bütün sahələrində - biznesdə, maliyyə sektorunda, hərbi sahədə iştirak edirlər.

Mayın 24-25-də Bakıda Azərbaycan hökumətinin və Avropa Şurasının dəstəyi ilə gender bərabərliyinə dair konfrans keçirilir. Bu mövzuya aid ilk konfrans 25 il bundan öncə baş tutub.

İştirakçılar arasında Avropa Şurası baş katibinin müavini Mod de Bur-Bukikkio və BMT baş katibinin müavini Aşa-Rouz Migiro da var.

"Mən çox şadam ki, Bakıda vacib qlobal problemlər və məsələlərlə bağlı çoxlu sayda görüş və konfranslar keçirilir. Bu görüş konstruktiv dialoq üçün şərait yaradır, problemlərin həllinə kömək edir, həmçinin beynəlxalq təcrübənin qazanılması üçün faydalıdır", - Mehriban Əliyeva qeyd edib.

Azərbaycanın birinci xanımı VII konfransın məhz Bakıda keçirilməsinə dair qərar verdiyi üçün Avropa Şurasına minnətdarlığını bildirib. "Mən əminəm ki, Azərbaycanın aktiv mövqeyi və kompleks strategiyası konfransın burada keçirilməsinin əsas səbəbidir", - o deyib.

Mehriban Əliyevanın sözlərinə görə, konfransda müzakirə olunan problemlər çox vacib problemlərdir. "Gender bərabərliyi demokratik cəmiyyətin əsas tərkib hissəsidir. XX əsrin əsas nailiyyəti odur ki, biz cəmiyyətdəki dəyərləri və hakim prinsipləri dəyişdirə bilmişik", - o deyib.

Mehriban Əliyevanın fikrincə, irəliləyişə baxmayaraq, hələ də çox şeyə nail olmaq lazımdır və bu sahədə irəliləyiş böyük ola bilər. Onun sozlərinə görə, XX əsri qadınların həyatında yeni bir mərhələ saymaq olar. "2004-cü ildən bələdiyyələrdə işləyən qadınların sayı iki dəfə artıb. Qadınların böyük hissəsi həmçinin təhsil və səhiyyə sahələrində işləyir", - Azərbaycanın birinci xanımı qeyd edib.

O bildirib ki, Azərbaycan Ermənistanın təcavüzünün qurbanıdır və ərazimizin 20 faizində vətəndaşlarımızın, o cümlədən qadınların hüquqları pozulur. Mehriban xanım Əliyeva beynəlxalq təşkilatları bu məsələni gündəlikdə saxlamağa çağırıb.

Azərbaycanın birinci xanımı ailədə zorakılıq probleminin vacibliyini və aktuallığını qeyd edib. "Azərbaycan da istisna deyil. Bu problematika üzrə dəqiq təsəvvürü almaq çox çətindir. Ailədə qadına qarşı zorakılığa haqq qazandırmaq üçün Azərbaycan adət-ənənə və mentalitetindən istifadə etmək əxlaq qaydalarına ziddir. Qadına ənənəvi olaraq Azərbaycan cəmiyyətində boyük hörmət var. Qadın anadır - azərbaycanlı üçün ən hörmətli adamdır", - o deyib.

Mehriban Əliyevanın sözlərinə görə, sivilizasiyanın inkişafından başlayaraq müxtəlif cəmiyyətlərin qadınları bir çox məsələlərdə kişilərdən asılı olub. İndi isə ekspertlərin fikirləri üst-üstə düşür. Onlar deyirlər ki, dünya elə bir inkişaf səviyyəsinə çatıb ki, bu səviyyədə hər şey dəyişir.

Xəbər lenti

Xəbər lenti