...

Ötən illərlə müqayisədə Xəzər dənizinin çimərliklərində çirklənmə dərəcəsi azalıb - Azərbaycanın Ekologiya Nazirliyi

Cəmiyyət Materials 7 İyun 2010 11:08 (UTC +04:00)
Ötən illərlə müqayisədə Xəzər dənizinin sahilinin çirklənmə dərəcəsi azalıb.
Ötən illərlə müqayisədə Xəzər dənizinin çimərliklərində çirklənmə dərəcəsi azalıb - Azərbaycanın Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M. Əliyev/ 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bazar ertəsi Trend-ə bildirib ki, bu ilin may-iyun aylarında nazirlik tərəfindən Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində aparılan mikrobioloji təhlillərin nəticələrinə əsasən, 12 çimərlikdən 9-da çirklənmənin normal səviyyədə olduğu aşkar edilib.

ETSN Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və "Amburan" çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahilboyu ərazilərində beynəlxalq standartlara cavab verən 16 ədəd modultipli təmizləyici qurğu quraşdırıb. Hazırda lokal modultipli təmizləyici qurğular Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Mərdəkan, Şüvəlan çimərliklərində quraşdırılıb. Bütün bu ərazilərdə dəniz suyunun çirklənmə dərəcəsi normaldır.

İbrahimovanın sözlərinə görə, belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbələrinin çimərlik ərazisində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. "Qeyd olunan bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə, sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib", - o deyib.

Nazirliyin mətbuat katibinin sözlərinə görə, Azərbaycan Prezidentinin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modultipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Sahil qəsəbəsinin Sahil və Şıx çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.

Xəbər lenti

Xəbər lenti