...

İranın mədəniyyət və irşad nazirinin Azərbaycana səfər tarixi dəqiqləşib

Cəmiyyət Materials 2 İyul 2010 17:17 (UTC +04:00)
İranın mədəniyyət və islami maarifləndirmə (irşad) naziri Məhəmməd Hüseyninin Azərbaycana səfəri iyul ayının 5-nə nəzərdə tutulub.
İranın mədəniyyət və irşad nazirinin Azərbaycana səfər tarixi dəqiqləşib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir T.Cəfərov/

İranın mədəniyyət və islami maarifləndirmə (irşad) naziri Məhəmməd Hüseyninin Azərbaycana səfəri iyul ayının 5-nə nəzərdə tutulub. Bunu Trend-ə İran səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri deyib.

İsgəndəri əlavə edib ki, Hüseyninin başçılıq etdiyi nümayəndə heyəti ikigünlük səfər zamanı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş keçirəcək.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibində səfərə gələcək İrandan olan musiqi qrupu Azərbaycanda konsert verəcək.

Xəbər lenti

Xəbər lenti