...

Azərbaycan ermənilərin 2011-ci ildə Bakıda keçiriləcək boks üzrə dünya çempionatında iştirak edəcəyinə inanır

Cəmiyyət Materials 22 İyul 2010 14:39 (UTC +04:00)
Azərbaycan ermənilərin 2011-ci ildə Bakıda keçiriləcək boks üzrə dünya çempionatında iştirak edəcəyinə inanır.
Azərbaycan ermənilərin 2011-ci ildə Bakıda keçiriləcək boks üzrə dünya çempionatında iştirak edəcəyinə inanır

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan ermənilərin 2011-ci ildə Bakıda keçiriləcək boks üzrə dünya çempionatında iştirak edəcəyinə inanır.

"Erməni boksçularının Azərbaycanda keçiriləcək boks üzrə dünya çempionatında iştirak edəcəyinə inanırıq. Azərbaycan heç vaxt Ermənistana problem yaratmır, problemi onlar yaradır. Biz ermənilərə görə yarışların keçirilməsindən imtina etməyəcəyik", - Trend-in məlumatına görə, bunu cümə axşamı keçirdiyi mətbuat konfransında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev bildirib.

2011-ci ildə Azərbaycanda boks üzrə dünya çempionatı keçiriləcək. Bu yaxınlarda bununla bağlı AİBA-nın 24 üzvündən 17-si dünya çempionatının Azərbaycanda kecirilməsinə səs verib. Dünya çempionatının keçirilməsinə Türkiyə, Ermənistan, Polşa, İrlandiya ölkələri də iddialı olub.
Əbiyev, həmçinin deyib ki, sabahdan Azərbaycanda Boks Mərkəzinin tikintisinə başlanılacaq. Mərkəzdə 200 nəfərlik mehmanxana, yarış, məşq zalları olacaq. İndiyə qədər Azərbaycanda boks mərkəzi olmamışdı.

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti sonra 22 iyul - Milli Mətbuat günü münasibətilə jurnalistlər təbrik edib.

Sizin peşəniz maraqlı və çətindir. Hər biriniz Azərbaycan idmançılarının uğurlu nəticələri haqqında məlumat yazmaq istəyirsiniz. Lakin bu, heç də həmişə belə olmur. Elə çətinlik də bu arzuolunmaz nəticələrin xalqa çatdırılmasındadır" Əbiyev deyib.

Xəbər lenti

Xəbər lenti