...

Azərbaycanda ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 25 İyul 2010 16:49 (UTC +04:00)
Azərbaycanda ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat veriblər. İmtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini http://www.tqdk.gov.az internet saytından çap edib götürə bilər.
Azərbaycanda ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 25 iyul /Trend /

Azərbaycanda ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu barədə çərşənbə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat veriblər. İmtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini http://www.tqdk.gov.az internet saytından çap edib götürə bilər.

II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün 28072 abituriyent ərizəsini təsdiq etdirmişdi. Onlardan 27395  nəfəri  imtahanda iştirak edib.

Test imtahanının nəticəsinə əsasən 9069 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Onlardan iki nəfəri maksimal nəticə - 700 bal toplayıb.

II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.

İxtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub.

II  ixtisas qrupu üzrə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimində iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
II ixtisas qrupu üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 400-dən az olmayan abituriyentlər iştirak edə bilər.

Xəbər lenti

Xəbər lenti