...

Azərbaycanın atıcıları dünya çempionatında iştirak etmək üçün Almaniyaya yollanırlar

Cəmiyyət Materials 28 İyul 2010 12:36 (UTC +04:00)
Azərbaycanın atıcıları dünya çempionatında iştirak etmək üçün Almaniyaya yollanırlar.
Azərbaycanın atıcıları dünya çempionatında iştirak etmək üçün Almaniyaya yollanırlar

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın atıcıları dünya çempionatında iştirak etmək üçün Almaniyaya yollanırlar. Bu barədə çərşənbə günü Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda deyilir ki, iyulun 29-da Almaniyanın Münhen şəhərində güllə atıcılığı üzrə dünya çempionatına start veriləcək. Çempionatda Azərbaycanı yığma komandanın üzvləri İradə Aşumova, Ruslan Lunyov, Mehriban Məcidova, Rəsul Məmmədov, Nigar Bağırova və Cəmilə Süleymanova təmsil edəcəklər. İdmaçıları bu yarışda məşqçi Ruqiyyə Bağırova müşayiət edəcək.

Stend atıcılarımız Zemfira Meftəhətdinova, Rigina Meftəhətdinova, Elçin Babayev, Elvin İsmayılov, Əli Hüseynli, Emin Cəfərov və Nurlana Cəfərova da məşqçi Hafiz Cəfərovun rəhbərliyi altında Münhendə keçiriləcək dünya çempionatına qatılmaq üçün 30 iyul tarixində ora yollanacaqlar.

Hər iki idman növü üzrə keçiriləcək dünya çempionatı 11 avqust tarixinədək davam edəcək.

Xəbər lenti

Xəbər lenti