...

Azərbaycanlı millət vəkili qəbul imtahanlarında 700 bal toplayan mingəçevirli gəncə təqaüd ayıracaq

Cəmiyyət Materials 29 İyul 2010 15:10 (UTC +04:00)
Azərbaycanlı millət vəkili Aydın Mirzəzadə test imtahanlarında ən çox bal toplayan mingəçevirli abituriyentə təqaüd ayıracaq.
Azərbaycanlı millət vəkili qəbul imtahanlarında 700 bal toplayan mingəçevirli gəncə təqaüd ayıracaq

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanlı millət vəkili Aydın Mirzəzadə test imtahanlarında ən çox bal toplayan mingəçevirli abituriyentə təqaüd ayıracaq. Bu barədə cümə axşamı Trend-ə Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Nazir Sultanov bildirib.

"Aydın müəllim Mingəçevirdə keçirilən tədbirlərdə qeyd etmişdi ki, əgər Mingəçevir şəhərindən 700 bal toplayan şəxslər olarsa, onların hər birinə öz şəxsi vəsaitindən 100 manat məbləğində təqaüd ayıracaq. Nəticələr açıqlanandan sonra məlum oldu ki, Mingəçevir şəhər, Energetiklər qəsəbəsində yerləşən 8 saylı Nizami Gəncəvi adına orta məktəbin məzunu Kazımov İsmayıl Əkbər oğlu 2-ci ixtisas qrupu üzrə imtahandan 700 bal toplayıb. Aydın müəllim həmin abituriyentin valideynlərinə, müəllimlərə və mənə zəng vurub, təbrik edib. Öz vədinə əməl edərək, həmin abituriyentə təqaüd ayıracağını söyləyib", - Sultanov əlavə edib.

2010-2011-ci tədris illəri üçün ali məktəblərə qəbul imtahanları iyunun  4-dən 23-nə qədər keçirilib. İmtahanlar zamanı yeddi abituriyent 700 bal toplayıb. Həmin abituriyentlərdən Kazımov İsmayıl Əkbər oğlu Mingəçevir şəhərindən olan məzundur. Mingəçevir şəhərindən olan abituriyenin ən yüksək bal toplaması ilk dəfədir ki, baş verir.

Sultanovun sözlərinə görə, təqaüd həmin gənc bakalavr pilləsini bitirənə qədər həyata keçiriləcək. "Bundan sonra da 700 bal toplayan şəxslərə Aydın müəllim təqaüd ayıracağına söz verib", - Sultanov əlavə edib.

Təhsil şöbəsinin müdiri abituriyentin ailəsi haqqında məlumat verib.

"Mingəçevir şəhərindən olan Kazımov İsmayıl Əkbər oğlu şəhərin Energetiklər qəsəbəsində yerləşən 2 saylı Nizami Gəncəvi adına orta məktəbi bitirib. Orta məktəbdə də əla qiymətlərlə oxuyub. Atası Əkbər Kazımov 20 ildən artıqdır ki, istilik-elektrik stansiyasında mühəndis işləyir", - Sultanov deyib.

Xəbər lenti

Xəbər lenti