...

"Qara siyahı"ya salınan KİV-lərin reabilitasiyası bir prinsip kimi əhəmiyyətlidir – Azərbaycan Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 3 Avqust 2010 15:33 (UTC +04:00)
"Siyahı peşə prinsiplərinə laqeyd yanaşan, insanların şərəf və ləyaqətinə toxunan materiallar dərc edən, şantaj, böhtan və bu kimi digər xoşagəlməz əməllər törədən mətbuat orqanlarının ictimai qınağa cəlbi üçün istifadə edilən vasitədir. Burada hüquqi deyil, ictimai məsuliyyət növü nəzərdə tutulur və "qara siyahı"ların dərci cəmiyyətin mediadakı mövcud xoşagəlməz meyillərə reaksiyasını formalaşdırmaq məqsədi daşıyır", - Amaşov əlavə edib.
"Qara siyahı"ya salınan KİV-lərin reabilitasiyası bir prinsip kimi əhəmiyyətlidir – Azərbaycan Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir T.Hacıyev/

"Qara siyahı"ya salaraq, bir növ, tənbeh etdiyimiz KİV-lərin reabilitasiyası və ölkənin normal media aləminə qoşulmaları bizim üçün bir prinsip kimi əhəmiyyətlidir. Bu barədə çərşənbə axşamı Trend-in məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov qurumun yaydığı müsahibəsində bildirib.

"Siyahı peşə prinsiplərinə laqeyd yanaşan, insanların şərəf və ləyaqətinə toxunan materiallar dərc edən, şantaj, böhtan və bu kimi digər xoşagəlməz əməllər törədən mətbuat orqanlarının ictimai qınağa cəlbi üçün istifadə edilən vasitədir. Burada hüquqi deyil, ictimai məsuliyyət növü nəzərdə tutulur və "qara siyahı"ların dərci cəmiyyətin mediadakı mövcud xoşagəlməz meyillərə reaksiyasını formalaşdırmaq məqsədi daşıyır", - Amaşov əlavə edib.

MŞ sədrinin sözlərinə görə, "qara siyahı" həmin mətbu orqanları təsis edənlərin özü üçün də xeyirlidir.

"Mətbuat Şurası fəaliyyəti cəmiyyət tərəfindən məqbul qarşılanmayan, hərəkətləri birbaşa inzibati qaydada araşdırılmalı olan KİV-i "reket" elan edir. Bu addım atılmasaydı, onların tam əksəriyyətinin təmsilçiləri ya həbsxanalarda olacaqdılar, ya da məhkəmə cərimələrini ödəmək məcburiyyətində qalacaqdılar. Məsələnin ikinci tərəfi isə bundan ibarətdir ki, belələrinin davranışları hüquqi müstəvidə dəyərləndirilməli olsa da, Şuranın tənzimləyici rolu sayəsində yalnız ictimai qınaqla üzləşirlər", - Amaşov deyib.

Amaşov bildirib ki, jurnalistika fakültələrinə qəbulla bağlı ciddi islahatların aparılması vacibdir.

"Təcrübə göstərir ki, bu fakültələrdə təhsil alanların əksəriyyəti heç də öz arzuları ilə ora düşməyiblər. Qəbulun qabiliyyət imtahanı ilə həyata keçirilməsini vacib sayırıq. Güman edirik ki, məsələ tezliklə həllini tapacaq. Azərbaycanlı jurnalistlərin xaricdə təhsil almaları da vacibdir. Hər il Azərbaycan jurnalistlərinin bir qrupunun xaricdəki jurnalistika məktəblərində təhsil almalarının həyata keçirilməsi həllimümkün məsələlərdəndir", - Amaşov deyib.

Xəbər lenti

Xəbər lenti