Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir M.Əliyev/
Sinqapurda keçirilən yeniyetmələrin ilk "Olimpiada-2010"da Azərbaycan dördüncü qızıl medal qazanıb.
Azərbaycana növbəti qızıl medalı ikili yarışmada 295 kq qaldırmış ağır atlet Nicat Rəhimov qazandırıb.
Çərşənbə axşamı Azərbaycanın daha iki qızıl medal qazanmaq imkanı var. Sərbəst güləşçi Kənan Quliyev (54 kq) finalda Yaponiya idmançısı Yuki Takaxaşi ilə görüşəcək. Güləşçi Əli Məhəmmədəbirov (100 kq) finalda kubalı idmançı Abraham De Xesus Konedo Ruano ilə qarşılaşacaq.
Olimpiadanın ilk günündə Azərbaycan güləşçiləri Murad Bazarov və Elman Muxtarov qızıl medal qazanıblar. Azərbaycana üçüncü medalı sərbəst güləşçi Patimat Baqomedova (52 kq) qazandırıb.
Yeniyetmələrin ilk Olimpiya Oyunları 2010-cu il avqustun 14-dən 26-dək keçirilir.
Sinqapurda idmanın 29 növü üzrə 3,5 mindən çox idmançı yarışır.