...

Azərbaycanda həftənin ortalarına doğru havanın temperaturu yenidən 33 dərəcəyədək yüksələcək – Ekologiya Nazirliyi

Cəmiyyət Materials 23 Avqust 2010 15:22 (UTC +04:00)
Azərbaycanda həftənin ortalarına doğru havanın temperaturu yenidən 33 dərəcəyədək yüksələcək.
Azərbaycanda həftənin ortalarına doğru havanın temperaturu yenidən 33 dərəcəyədək yüksələcək – Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanda həftənin ortalarına doğru havanın temperaturu yenidən 33 dərəcəyədək yüksələcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı və mülayim şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Həftənin əvvəllərində gündüzlər havanın temperaturu 21-23 dərəcə olacaq, həftənin ortalarına doğru 28-31 dərəcəyədək qalxacaq.

Həftənin birinci yarısında Azərbaycanın rayonlarında havanın hərarəti 28-33 dərəcəyədək yüksələcək, bəzi yerlərdə yağış və dolu yağacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti