...

Azərbaycanda adların verilməsi ilə bağlı yeni mexanizm insan hüquqlarını pozmur – İnstitut direktoru

Cəmiyyət Materials 23 Avqust 2010 16:37 (UTC +04:00)
Azərbaycanda adların verilməsi ilə bağlı yeni mexanizm hüquq normalarna qətiyyən zidd deyil. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.
Azərbaycanda adların verilməsi ilə bağlı yeni mexanizm insan hüquqlarını pozmur – İnstitut direktoru

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanda adların verilməsi ilə bağlı yeni mexanizm hüquq normalarna qətiyyən zidd deyil. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

Yeni "işıqfor" prinsipinə əsasən, Azərbaycanın milli-mənəvi, ideoloji dəyərlərinə uyğun gələn adlar "yaşıl siyahı"ya salınacaq ki, bu adların qoyulmasında heç bir məhdudiyyət olmayacaq. İkinci kateqoriya adlar - "sarı siyahı" - tövsiyə olunmayan, gülünc doğuran, digər dillərdə yaxşı səslənməyən adlardır ki, bu adları qoyarkən Ədliyyə Nazirliyinin əməkdaşları valideynləri bir daha düşünməyə çağıracaq. Üçüncü kateqoriya adlar isə "qırmızı siyahı"ya salınacaq ki, bu adların qoyulmasına yol verilməyəcək. Bu adlar Azərbaycan xalqına qarşı təcavüz törətmiş şəxslərin adları, mənası dilimizdə təhqir ifadəsi verən adlardır.

"Yeni "işıqfor" prinsipi haqqında informasiya yayıldıqdan sonra bəzi xarici KİV-də guya insan hüquqlarının pozulması barədə informasiya dərc edilib. Lakin bütün Avropa ölkələrinin qanunlarında oxşar məhdudiyyətlər var", - Əliquliyev bildirib.

Onun sözlərinə görə, yeni prinsipin tətbiqi milli eyniliyin qorunmasına, xalqın inkişafına xidmət edir və Azərbaycan xalqı qlobal dünyada özünü layiqli şəkildə təmsil etməlidir.

"Azərbaycanda bəzi başqa ölkələrdə uşağın Hitler adlandırılmasına icazə verilməməsi prinsipindən çıxış edərək, yeni doğulmuş körpəyə Andranik adının verilməsi qəbuledilməz sayılır", - İnstitutun direktoru qeyd edib.

Andranik 1918-ci ildə Azərbaycan xalqına qarşı soyqırımda günahlandırılan əsas şəxslərdən biridir.

Adların verilməsi ilə bağlı yeni mexanizmin tətbiq edilməsi ilin sonunda gözlənilir.

Xəbər lenti

Xəbər lenti