...

Məhkəmələrdən daxil olan müraciətlər və vətəndaşların fərdi şikayətlərinin sayı əvvəlki illərlə müqayisədə artıb - Azərbaycan Konstitusiya Məhkəməsinin sədri

Cəmiyyət Materials 24 Avqust 2010 13:36 (UTC +04:00)
Azərbaycan Konstitusiya Məhkəməsinə bu il məhkəmələrdən daxil olan müraciətlər və vətəndaşların fərdi şikayətlərinin sayı əvvəlki illərlə müqayisədə artıb.
Məhkəmələrdən daxil olan müraciətlər və vətəndaşların fərdi şikayətlərinin sayı əvvəlki illərlə müqayisədə artıb - Azərbaycan Konstitusiya Məhkəməsinin sədri

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsinə bu il məhkəmələrdən daxil olan müraciətlər və vətəndaşların fərdi şikayətlərinin sayı əvvəlki illərlə müqayisədə artıb.

Trend-in məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çərşənbə axşamı jurnalistlərə bildirib ki, hazırda Konstitusiya Məhkəməsinin icraatında rayon məhkəmələrindən daxil olan 8 müraciət var və onlara sentyabr ayında baxılacaq.

Abdullayev deyib ki, məhkəmələr işə baxan zaman qanunların müddəaları, normaları arasındakı  ziddiyyətləri aşkarlayıb və həmin normaların şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsi həmin müddəalara şərh verməklə, məhkəməyə həmin konkret iş üzrə qərar çıxarmaqda istiqamət verir, bu qərarın tətbiqi yalnız həmin konkret işə aid deyil; digər məhkəmə və vəzifəli şəxslər eyni məzmunlu işlərə baxarkən bunu nəzərə almalıdır.

Konstitusiya Məhkəməsinə daxil olan fərdi şikayətlər isə daha çox mülki hüquq sahəsi ilə bağlıdır.

Abdullayev Konstitusiya Məhkəməsi qərarlarının icrası ilə bağlı əvvəlki illərdə olan problemlərin həllini tapdığını deyib.

"Bu il elə bir fakt olmayıb ki, Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar və hüquqi mövqelər nəzərə alınmasın və icra edilməsin", - sədr bildirib.

Onun sözlərinə görə, il ərzində Konstitusiya Məhkəməsinə, orta hesabla, 2 000-ə  yaxın fərdi şikayət daxil olur.

Xəbər lenti

Xəbər lenti