...

"Media Akademiya"da Azərbaycan Mərkəzi Bankının nümayəndəsi ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2010 12:22 (UTC +04:00)
"Media Akademiya"nın növbəti qonağı Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Emin Hüseynov olub.
"Media Akademiya"da Azərbaycan Mərkəzi Bankının nümayəndəsi ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir М.Əliyev/

"Media Akademiya"nın növbəti qonağı Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Emin Hüseynov olub. Mərkəzi Bankın nümayəndəsi treninq iştirakçılarına iqtisadiyyatın əsasları, AMB-nin işinin əsas istiqamətləri, ölkədəki maliyyə sistemi, gəlirlərin dövriyyəsi və iqtisadiyyat elminin 10 əsas prinsipi haqqında danışıb. Bu barədə "Media Akademiya"dan verilən məlumatda deyilir.

Dinləyicilərin ölkənin maliyyə durumu ilə bağlı ünvanladıqları sualları cavablandıran Hüseynov bank işinin düzgün təşkili ilə ölkədəki  iqtisadi bazarı necə tənzimləməyin mümkün yollarından da bəhs edib.

Azərbaycanın "İrəli" İctimai Birliyinin layihəsi olan "Media Akademiya" altenativ peşəkar kurslar şəklində fəlaiyyət göstərir.

Layihə çərçivəsində ölkənin gəncləri aparıcı informasiya agentlikləri, qəzetləri, radio və televiziyalarında təcrübə keçirlər və tanınmış jurnalistlərdən peşəkar sirləri öyrənirlər.

Xəbər lenti

Xəbər lenti