Azərbaycan sərbəst güləşçisi Xetaq Qazyumov şənbə günü Moskvada keçirilən güləş üzrə dünya çempionatında qızıl medalı qazanıb.
96 kq çəki dərəcəsində çıxış edən güləşçimiz finalda Rusiya idmançısı Hacımurad Qatsalovu məğlub edib.
Beləliklə, sərbəst güləş üzrə Azərbaycan yığması artıq üç medal qazanıb - qızıl, gümüş və bürünc.