...

İranın 12 əyalətində Quranın yandırılmasına qarşı etiraz mitinqi keçiriləcək

Cəmiyyət Materials 13 Sentyabr 2010 14:57 (UTC +04:00)
İranın 12 əyalətində Quranın yandırılmasına qarşı etiraz mitinqi keçiriləcək
İranın 12 əyalətində Quranın yandırılmasına qarşı etiraz mitinqi keçiriləcək

İranda sabah yerli vaxtla saat 16:00-da ABŞ-da Quranın yandırılmasına qarşı etiraz mitinqi təşkil olunacaq. Bunu İranın irşad və mədəniyyət nazirinin müavini Həmid Məhəmmədi deyib. Bu barədə İranın İQNA xəbər agentliyi məlumat yayıb.

Beynəlxalq KİV-in məlumatına əsasən, sentyabrın 11-də Ağ ev qarşısında İslamın Müqəddəs Kitabı - Qurani-Kərim aralarında radikal "Çay Partiyası"nın (Tea Party) liderinin də olduğu islamofob kiçik bir qrupun aksiyasında cırılıb. Bundan başqa, "Çay Partiyası"nın lideri Bekam Müqəddəs Quranın xristianlar və yəhudilər barədə yazılmış səhifələrini cıraraq, plastik bir qaba qoyub. O, Müqəddəs Kitabın səhifələrini yandırmamasının səbəbini Ağ ev qarşısında hər hansı bir əşyanın yandırılmasının ağır bir cinayət olması ilə izah edib. Eyni vaxtda ABŞ-ın Tennesi ştatında Bob Old adlı bir rahib köməkçisi ilə birlikdə Qurani-Kərimi yandırıb. Bu iki rahib Qurani-Kərimlə yanaşı, İslam Peyğəmbərinin adı olan bir kitabı da yandırıblar.
Məhəmmədi əlavə edib ki, paytaxt Tehranla yanaşı, ölkənin daha 12 ostanında etiraz mitinqləri təşkil olunacaq. Onun sözlərinə görə, etiraz mitinqi Tehranda Fələstin meydanında təşkil olunacaq. Mitinqin sonunda Qurana hörmətsizlik edənləri tənqid edən bəyanat yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti