...

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi beynəlxalq festivalın Məşvərət Şurasına daxil edilib

Cəmiyyət Materials 14 Sentyabr 2010 13:21 (UTC +04:00)
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev "Müharibə və sülh" beynəlxalq festivalının Məşvərət Şurasına daxil edilib. Müsabiqə çərçivəsində veb-saytların müsabiqəsi təşkil olunacaq. Bu barədə İTAR-TASS məlumat verib.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi beynəlxalq festivalın Məşvərət Şurasına daxil edilib

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev "Müharibə və sülh" beynəlxalq festivalının Məşvərət Şurasına daxil edilib. Müsabiqə çərçivəsində veb-saytların müsabiqəsi təşkil olunacaq. Bu barədə İTAR-TASS məlumat verib.

İnternet məkanda sülhün səsini dəstəkləmək - "Müharibə və sülh" beynəlxalq festivalı təşkilatçılarının keçirmək niyyətində olduqları veb-saytların müsabiqəsinin məqsədi belədir. Bu qlobal media-forum gələn ildən başlayaraq hər il dünyanın müxtəlif ölkələrində keçiriləcək. Bu barədə onun təşkilatçıları olan Rusiya-Amerika Mədəniyyət Fondunun rəhbəri Marina Koralyova və məşhur beynəlxalq teleprodüsser Jorj Lekler Nyu-Yorkda bildiriblər.

"Təəssüf ki, internetdə müharibəyə həsr olunan daha çox sayt yaranır və biz bu tənzimlənməyən məkanda sülhün səsini dəstəkləmək istəyirik", - Kovalyova təqdimat mərasimində bildirib. Onun rəhbərlik etdiyi təşkilat artıq neçə illərdir, Nyu-Yorkda "İrsimiz" adlı ənənəvi festival keçirir. Yeri gəlmişkən, təqdimat zamanı videotekaları dolduran açıq-aşkar hərbi istiqamətli oyunlara qarşı sülh məzmunlu ən yaxşı videooyun üzrə müsabiqənin keçirilməsi kimi daha bir ümidverici ideya yaranıb.

Festival təşkilatçılarının sözlərinə görə, festival hər il 21 Sentyabr - Beynəlxalq Sülh Günü təntənələri çərçivəsində on gün ərzində keçiriləcək. Bu bayram 1981-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis olunub.

Festivalın Məşvərət Şurasına məşhur xadimlər, o cümlədən, Azərbaycanın (Aqşin Mehdiyev), Qazaxıstanın (Bırqanım Aytimova), Türkmənistanın (Aksoltan Atayeva) və Ukraynanın (Yuri Sergeyev) BMT yanındakı daimi nümayəndələri, ABŞ Milli İncəsənət Cəmiyyətinin prezidenti Oldon Ceyms, politoloq Andranik Miqranyan, "Yasnaya Polyana" malikanə-muzeyin direktoru, rus və dünya ədəbiyyatı dahi mütəfəkkirinin kötükcəsi Vladimir Tolstoy daxildirlər.

Xəbər lenti

Xəbər lenti