...

Azərbaycanda Çempionlar Liqasının bütün oyunlarına KATV1-də baxmaq olar

Cəmiyyət Materials 14 Sentyabr 2010 16:50 (UTC +04:00)
Futbol həvəskarları futbol üzrə UEFA Çempionlar Liqasının bütün oyunlarına, eləcə də gün ərzində keçirilən bütün oyunlardakı ən maraqlı anlara KATV1 kabel televiziyasının retranslyasiya etdiyi telekanallarda baxa bilərlər.
Azərbaycanda Çempionlar Liqasının bütün oyunlarına KATV1-də baxmaq olar

Futbol həvəskarları futbol üzrə UEFA Çempionlar Liqasının bütün oyunlarına, eləcə də gün ərzində keçirilən bütün oyunlardakı ən maraqlı anlara KATV1 kabel televiziyasının retranslyasiya etdiyi telekanallarda baxa bilərlər.

Çərşənbə axşamı futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi başlayacaq.

Daim abunəçi futbol həvəskarlarının tələblərini nəzərə alan KATV1 kabel televiziyası şirkətin abunəçilərinin həm Çempionlar Liqasında, həm də digər yarışlardakı ən maraqlı oyunlara baxa bilmələri üçün hərtərəfli səy göstərəcək.

KATV1 kabel televiziyasının retranslyasiya etdiyi telekanallarda yayımlanan bütün futbol matçlarının siyahısı ilə hər gün KATV1-in baş sponsoru olduğu "telesport.az" idman saytında tanış olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti