...

Gürcüstandakı azərbaycanlı şagirdlər iki dildə dərsliklər alacaqlar

Cəmiyyət Materials 16 Sentyabr 2010 11:13 (UTC +04:00)
Gürcüstanda ilk dəfə olaraq ölkədə yaşayan milli azlıqlar üçün dərsliklər çap olunub. Gürcüstan Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, dərslikdəki materialların yalnız 35 faizi gürcü dilində, yerdə qalan materiallar isə milli azlıqların dilindədir.
Gürcüstandakı azərbaycanlı şagirdlər iki dildə dərsliklər alacaqlar

Gürcüstan, Tbilisi, 16 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda ilk dəfə olaraq ölkədə yaşayan milli azlıqlar üçün dərsliklər çap olunub. Gürcüstan Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, dərslikdəki materialların yalnız 35 faizi gürcü dilində, yerdə qalan materiallar isə milli azlıqların dilindədir.

Dərsliklər Gürcüstandakı Azərbaycan, rus və erməni məktəbləri üçün çap olunub.

Ümumilikdə, 7, 8, 10, 11 və 12-ci siniflər üçün tarix və coğrafiya dərslikləri tərcümə olunub. Onlar şagirdlərə pulsuz veriləcək.

Bu gün ilk dəfə gürcü və Azərbaycan dillərində belə dərsliklər Marneulidəki Azərbaycan məktəbində şagirdlərə paylanacaq. Oraya kitabların təqdim olunması mərasimində iştirak etmək üçün Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin gələcək.

Xəbər lenti

Xəbər lenti