...

Azərbaycan və Özbəkistan arasında gənclər siyasəti sahəsində yeni əməkdaşlıq planını hazırlamaq vacibdir - nazir (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2010 18:45 (UTC +04:00)
Azərbaycan ilə Özbəkistan arasında gənclər siyasəti sahəsində yeni əməkdaşlıq planının hazırlanması vacibdir. Bu barədə çərşənbə axşamı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Özbəkistanın "Kamalot" İctimai Gənclər Hərəkatının nümayəndələri ilə görüşdə bildirib.
Azərbaycan və Özbəkistan arasında gənclər siyasəti sahəsində yeni əməkdaşlıq planını hazırlamaq vacibdir - nazir (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycan ilə Özbəkistan arasında gənclər siyasəti sahəsində yeni əməkdaşlıq planının hazırlanması vacibdir. Bu barədə çərşənbə axşamı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Özbəkistanın "Kamalot" İctimai Gənclər Hərəkatının nümayəndələri ilə görüşdə bildirib.

"Azərbaycan və Özbəkistanı ümumi mədəniyyət, mentalitet bilrəşdirir və biz gənclər təşkilatları arasında münasibətləri inkişaf etdirməyə borcluyuq",- Rəhimov deyib.

Onun sözlərinə görə, səfər zamanı Özbəkistan gənclərinin nümayəndələri gənclər siyasəti sahəsində Azərbaycanın təcrübəsi ilə tanış ola biləcəklər.

Özbəkistan nümayəndə heyətinin rəhbəri Firuzə Məhəmmədcanova görüş zamanı Özbəkistan və Azərbaycan gənclərinin daha sıx əməkdaşlığının vacibliyini qeyd edib.

Özbəkistan və Azərbaycan gəncləri nümayəndələrinin səfəri 2009-2010-cu illərdə Azərbaycan Gənclər və İdman Nazirliyi və Özbəkistanın "Kamolot" İctimai Gənclər Hərəkatı arasında gənclər siyasəti sahəsində imzalanmış əməkdaşlıq planı çərçivəsində həyata keçirilir.

Sazişə əsasən, sentyabrın 27-dən Azərbaycanda Özbəkistan Gəncləri Gününə start verilib. Bununla əlaqədar olaraq "Kamolot" İctimai Gənclər Hərəkatının Mərkəzi Şurasının üzvlərinin daxil olduğu nümayəndə heyəti, 20 yaradıcı və fəal gənc insanlardan ibarət qrup Azərbaycana gəlib.

Xəbər lenti

Xəbər lenti