Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T. Hacıyev/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-2012-ci illər üzrə tələbə qəbulu imtahanlarına dəyişikliklər edib.
Növbəti ildən etibarən, üçüncü ixtisas qrupuna daxil olan beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları ikinci ixtisas qrupuna keçiriləcək, - bunu cümə axşamı komissiya sədri Məleykə Abbaszadə bildirib.
Dəyişikliklərə əsasən 2011-ci ildə keçiriləcək qəbul imtahanlarında riyaziyyat fənni üzrə test tapşırıqlarının bəziləri açıqtipli olacaq.
Abbaszadə bildirib ki, abituriyentlərə qəbul imtahanlarına hazırlaşmağa kömək etmək məqsədi ilə 2011-ci ilin yanvar ayında ölkə ərazisində bir sınaq imtahanı keçiriləcək. "Növbəti sınaq imtahanları isə müntəzəm olaraq aprel ayından başlayacaq", - o bildirib.
Dəyişikliklərə görə, 2011-2012 tədris ili üçün magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin 2011-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulub.
Azərbaycan hökumətinin "Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları"nı həyata keçirmək məqsədi ilə TQDK tərəfindən təhsilin bu pilləsinə qəbul həyata keçiriləcək.