...

Azərbaycan qış vaxtına keçdi

Cəmiyyət Materials 31 Oktyabr 2010 04:00 (UTC +04:00)
Oktyabrın 31-i saat 05:00-dan etibarən qış vaxtına keçidlə əlaqədar Azərbaycanda saatlar bir saat geri çəkilib.
Azərbaycan qış vaxtına keçdi

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Oktyabrın 31-i saat 05:00-dan etibarən qış vaxtına keçidlə əlaqədar Azərbaycanda saatlar bir saat geri çəkilib.

Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı ilə 17 mart 1997-ci ildən həyata keçirilir.

Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat irəli çəkilir, oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir və saatlar bir saat geri çəkilir.

Bu qərarın həyata keçirilməsinə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət edir.

Xəbər lenti

Xəbər lenti