...

Bu il Azərbaycan məktəbləri qışa daha yaxşı hazırlaşıblar - nazir

Cəmiyyət Materials 10 Noyabr 2010 16:09 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkənin ümumtəhsil məktəblərinin qış mövsümünə daha yaxşı hazırlaşdığını bildirib.
Bu il Azərbaycan məktəbləri qışa daha yaxşı hazırlaşıblar - nazir

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Z.Əhmədova/

Azərbaycan Təhsil Nazirliyi ölkənin ümumtəhsil məktəblərinin qış mövsümünə daha yaxşı hazırlaşdığını bildirib.

"Əminəm və eyni zamanda ümid dedirəm ki, bu il Azərbaycanın ümumtəhsil müəssisələri qış mövsümünə ötən illə müqayisədə daha yaxşı hazırlaşıblar", - Misir Mərdanov çərşənbə günü "İnnovasiyalar, təhsilin keyfiyyəti və inkişafı" sənədinin imzalanması zamanı bildirib.

Lakin, onun sözlərinə görə, bütün təhsil müəssisələrinin soyuqlara eyni dərəcədə yaxşı hazırlaşdığını birmənalı olaraq təsdiqləmək olmaz.

Xəbər lenti

Xəbər lenti