...

"Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət" çap olunub

Cəmiyyət Materials 1 Dekabr 2010 18:22 (UTC +04:00)
Təqdimat mərasimində lüğətin müəllifi professor, filologiya elmləri doktoru Nigar Vəliyeva bildirib ki, kitab müxtəlif sahədə çalışan şəxslərin dil çətinliyindən əziyyət çəkməməsinə yardım edəcək.

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir M.Əliyev/

"Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət" çap olunub.

Təqdimat mərasimində lüğətin müəllifi professor, filologiya elmləri doktoru Nigar Vəliyeva bildirib ki, kitab müxtəlif sahədə çalışan şəxslərin dil çətinliyindən əziyyət çəkməməsinə yardım edəcək.

Onun sözlərinə görə, lüğətdə atalar sözləri, zərbi-məsəllərin ingilis və rus dillərində işlədilən forması verilib. "Lüğətdə 90 min frazeoloji birləşmə var", - Vəliyeva bildirib.

Azərbaycan təhsil nazirinin müavini İradə Hüseynova tədbirdə bildirib ki, ilk dəfə olaraq bu lüğətdə frazeoloji birləşmələr təhlil olunub.

Onun sözlərinə görə, kitabın böyük praktiki əhəmiyyəti var. "Bu lüğətdən ali məktəb tələbələri, müəllimlər, aspirantlar, dissertantlar, tərcüməçilər yararlana bilər", - nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti