...

Azərbaycanda Məhərrəmlik ayı ilə bağlı fətva verilib

Cəmiyyət Materials 6 Dekabr 2010 17:21 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası (QMİ) Məhərrəmlik ayı ilə bağlı bu gün fətva verib.
Azərbaycanda Məhərrəmlik ayı ilə bağlı fətva verilib

Azərbaycan, Bakı, 6 dekabr, /Trend, müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası (QMİ) Məhərrəmlik ayı ilə bağlı bu gün fətva verib.

Fətvaya əsasən, Məhərrəm ayı dekabrın 7-də başlayır. Aşura günü dekabrın 16-dadır.

"Aşura günü məscidlərdə, ibadəd ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbala şəhidlərinin ruhuna xütbələr oxunmalıdır", - fətvada deyilib.

Məhərrəm ayı Hicri Qəməri təqvimi ilə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn Əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.

"Aşura günü zəncir vurub bədənə xəsarət yetirmək yolverilməzdir, müqəddəs məkanlarda nizam-intizam pozulmamalıdır. Son illər təziyyə günündə idarənin təşəbbüsü ilə keçirilən qanvermə aksiyaları ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır", - fətvada deyilib.

Xəbər lenti

Xəbər lenti