...

Azərbaycan rabitəsinin yaranmasının 129 illiyi ilə bağlı keçirilən jurnalist müsabiqəsinin qalibləri açıqlanıb

Cəmiyyət Materials 6 Dekabr 2010 18:20 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan rabitəsinin yaranmasının 129 illiyi ilə əlaqədar keçirdiyi birgə müsabiqənin qalibləri bazar ertəsi açıqlanıb.
Azərbaycan rabitəsinin yaranmasının 129 illiyi ilə bağlı keçirilən jurnalist müsabiqəsinin qalibləri açıqlanıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan rabitəsinin yaranmasının 129 illiyi ilə əlaqədar keçirdiyi birgə müsabiqənin qalibləri bazar ertəsi açıqlanıb. Bu barədə məlumatı bazar ertəsi KİVDF yayıb.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tədbirin açılışında bildirib ki, Azərbaycanda hər bir sahə kimi rabitə sektoru da dinamik sürətlə inkişaf edir və yaxın gələcəkdə ölkə informasiya texnologiyaları sahəsində dünyanın ən qabaqcıl ölkələri sırasında yer alacaq.

Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli mətbuat işçiləri adından Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarını Azərbaycan rabitəsinin 129 illiyi ilə əlaqədar təbrik edib.

Müsabiqə qalibləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Xəbər lenti

Xəbər lenti