...

Rusiya, ABŞ və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüşlər keçiriləcək (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2010 11:19 (UTC +04:00)
Azərbaycanın hökumət nümayəndələri Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüşlər keçirəcək.
Rusiya, ABŞ və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüşlər keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın hökumət nümayəndələri Rusiya, Amerika Birləşmiş Ştatları, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüşlər keçirəcək. Bunu Londonda İngiltərədə təhsil alan azərbaycanlı tələbələrlə görüşü zamanı gənclər və idman naziri Azad Rəhimov bildirib.

"Bu gün biz burada uzun-uzadı çıxış etməkdənsə, sizin problemlərinizi dinləyib, onların həlli yollarını tapmağa, istəklərinizlə daha yaxından tanış olmağa üstünlük veririk. Odur ki, bu kimi görüşlərdə hər birinizin aktiv iştirakı bizim üçün xüsusi önəm daşıyır. Rusiya, ABŞ, Türkiyə və digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə belə görüşlərin keçirilməsi də planlaşdırılır", -  Rəhimov deyib. Məlumatı cümə axşamı Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar olaraq, ümumi məsələlərin müzakirə edilməsi məqsədilə gənclər və idman naziri Azad Rəhimovla yanaşı Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, təhsil nazirinin müavini Elmar Qasımov da İngiltərəyə səfər edib.

Xəbər lenti

Xəbər lenti