...

Azərbaycanda "surroqat ana" və "donor" məsələlərinin yenidən qanunvericiliyə salınması müzakirə ediləcək

Cəmiyyət Materials 15 Dekabr 2010 09:00 (UTC +04:00)
Azərbaycanda "surroqat ana" və "donor" məsələləri qanunvericiliklə təsdiq olunmalıdır.
Azərbaycanda "surroqat ana" və "donor" məsələlərinin yenidən qanunvericiliyə salınması müzakirə ediləcək

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "surroqat ana" və "donor" məsələləri qanunvericiliklə təsdiq olunmalıdır. Bunu çərşənbə axşamı Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

"Azərbaycanda aparılmış araşdırmalar nəticəsində ölkədə sonsuzluğun 13 faizə çatdığı məlum olub", - Rəcəbli bildirib. Komitə sədri hesab edir ki, kiçik müdaxilə ilə bu problemin əhəmiyyətli dərəcədə həllinə nail olmaq olar.

"Surroqat ana" və "donor" məsələləri "Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında" qanun layihəsində öz əksini tapıb, lakin 2009 ilin payız sessiyasında qanun ətrafında mübahisələr yaranıb və yenidən işlənilməsi üçün komitəyə göndərilib.

Hadı Rəcəbli bildirib ki, qanun layihəsinə Milli Məclisin yaz sessiyasında baxılması gözlənilir.

"Bəzi insanlar bu məsələlərin milli mentalitetimizə uyğun gəlmədiyini deyirlər. Lakin bəzi islam ölkələrində belə, qəbul olunan və ailələrin xoşbəxtliyinə xidmət edəcək bu qərar bizdə niyə qəbul olunmasın?", - komitə sədri bildirib.

"Suroqqat ana" termini Avropada meydana gəlib. Azərbaycanın bəzi dindarları hesab edirlər ki, "Qurani-Kərim"ə, islam mədəniyyətinə və əxlaqa görə, embrionun bir bədəndən başqa bədənə köçürülməsi qəbul edilmir.

"Çünki bu zaman genetik tərkib pozulur. Əgər Allah bir insanın genetik tərkibində övlad olmasını buyurubsa, onun övladı olacaq. Süni mayalanma və digər üsullarla uşaq dünyaya gəlirsə, bu uşağın gələcəkdə millətə, dövlətə, cəmiyyətə xidmət edəcəyi sual altındadır. Çünki onun haralı olması, kimliyi bilinmir", - bəzi dindarlar belə düşünürlər.

Xəbər lenti

Xəbər lenti