...

Azərbaycanda xaricdə doktorluq dərəcəsi almaq istəyənlər üçün məlumat yarmarkası keçiriləcək

Cəmiyyət Materials 15 Dekabr 2010 17:54 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) dekabrın 19-da "Xaricdə Doktorantura Təhsili" adlı məlumat yarmarkası keçirəcək.
Azərbaycanda xaricdə doktorluq dərəcəsi almaq istəyənlər üçün məlumat yarmarkası keçiriləcək

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Diplomatik Akademiyası (ADA) dekabrın 19-da "Xaricdə Doktorantura Təhsili" adlı məlumat yarmarkası keçirəcək. Bu barədə ADA-nın çərşənbə günü yaydığı məlumatda deyilir.

Yarmarkada xaricdə təhsil alan azərbaycanlı fəlsəfə doktorları təhsil aldıqları universitetlər və onların doktorantura proqramlarını ictimaiyyətə təqdim edəcək və xaricdə doktorantura təhsili ilə maraqlanan iştirakçıların suallarını cavablandıracaqlar. Yarmarkanın sonunda siyasi elmlər, iqtisadiyyat və hüquq sahələrində doktorantura proqramlarına həsr olunmuş sessiyalarda iştirakçılar bu proqramların qəbul şərtləri, ərizə prosedurları və hazırlıq üçün mövcud olan resurslar haqqında ətraflı məlumat alacaqlar.

Yarmarka Azərbaycan Diplomatik Akademiyasının binasında saat 13:00-dan 16:30-dək keçiriləcək.

Azərbaycanda 2009-cu ildə "Təhsil haqqında" yeni qanun qəbul olunduqdan sonra bu təhsil pilləsinə qəbul aparılmayıb.

Xəbər lenti

Xəbər lenti