...

Azərbaycanın Ukraynadakı səfiri Donetsk şəhərində diaspor nümayəndələri ilə görüşüb

Cəmiyyət Materials 23 Dekabr 2010 17:25 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Donetsk şəhərində səfərdə olub.
Azərbaycanın Ukraynadakı səfiri Donetsk şəhərində diaspor nümayəndələri ilə görüşüb

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Donetsk şəhərində səfərdə olub.

Səfirliyin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, səfər zamanı şəhər və vilayət rəhbərləri ilə görüşlər keçirilib, Donetskin şəhər kitabxanasında Azərbaycan ədəbiyyatı bölməsinin və Heydər Əliyev güşəsinin açılışı olub, Donetskdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib və onların sualları cavablandırılıb, mətbuat konfransı keçirilib və yerli KİV nümayəndələrinin sualları cavablandırılıb.

Bundan əlavə, 1 nömrəli Donetsk şəhər internat məktəbində uşaqlarla görüş keçirilib, səfirlik və Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Donetsk nümayəndəliyi tərəfindən uşaq evinə televizor və yeni il hədiyyələri verilib.

Daha sonra UAK-ın Donetsk vilayəti təşkilatının yaranmasının 5 illiyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı təntənəli qəbul mərasimi keçirilib. Donetsk Opera və Balet Teatrında keçirilən mərasimdə vilayət qubernatoru və şəhər merinin müavinləri, səfir, UAK-ın Donetsk təşkilatının sədri İqbal Mahmudov çıxış ediblər.

Sonra keçirilən konsert proqramında Ukraynanın məşhur müğənnisi İrina Bilık, Azərbaycandan tanınmış müğənnisi Tünzalə Ağayevə, Ukraynanın xalq artisti Qurban Abbasov və başqalarının ifasında mahnılar səslənib, "Azərbaycan" ansamblının ifasında rəqslər olub.

Xəbər lenti

Xəbər lenti