Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir M.Əliyev/
Bakılıların əksəriyyəti Yeni ili öz ailəsi ilə qeyd edəcək. "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, sorğu iştirakçılarının əksəriyyəti (69%) adətə görə, Yeni il bayramını öz evində qeyd edəcək, 12% isə qonaq gedəcək. respondentlərin cəmi 4%-i bayramı restoranda, 5%-i isə xaricdə qeyd edəcəklərini bildirib. Bu barədə Trendə cümə günü "Rəy" Monitorinq Mərkəzindən bildiriblər.
Nəticələrə əsasən, Yeni İl respondentlərin 54% üçün ən sevimdi bayramdır.
Rəyi soruşulanların yarıdan çoxu (53%) bayram münasibətilə evlərində şam ağacı bəzəyib və ya bəzəyəcək, 26% isə həm də atəşfəşanlıq düzənləyəcək.
Bakılıların az qala hamısı (89%) Yeni İli bayram süfrəsi arxasında qeyd etməyi düşünür, 11% isə hələ bu barədə qərar vermədiyini bildirib.
Sorğunun nəticələrinə görə, bir çoxları (44%) üçün 2010-cu il əvvəlki ildən daha yaxşı, 34% üçün əvvəlki ildə olduğu kimi , 21% üçün isə 2009-cu illə müqayisədə pis keçib.
Bakıda üzbəüz müsahibə üsulu ilə keçirilən sorğuya yaşayış yeri üzrə 18 və yuxarı yaşlı 700 respondent cəlb edilib. Tədqiqatın nisbi xətası 3,5%-dən artıq deyil.
Bakılıların əksəriyyəti Yeni ili öz ailəsi ilə qeyd edəcək
Bakılıların əksəriyyəti Yeni ili öz ailəsinin əhatəsində qeyd edəcək. «Rəy» Monitorinq Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, sorğu iştirakçılarının əksəriyyəti (69%) adətə görə, Yeni il bayramını öz evində qeyd edəcək, 12% isə qonaq gedəcək. respondentlərin cəmi 4%-i bayramı restoranda, 5%-i isə xaricdə qeyd edəcəklərini bildirib. Bu barədə Trendə cümə günü "Rəy" Monitorinq Mərkəzindən bildiriblər.