...

Ombudsman Aparatının nümayəndələri 2 saylı kliniki psixiatriya xəstəxanasına baş çəkiblər

Cəmiyyət Materials 5 Yanvar 2011 19:05 (UTC +04:00)
Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Səhiyyə Nazirliyinin 2 saylı kliniki psixiatriya xəstəxanasına baş çəkiblər.
Ombudsman Aparatının nümayəndələri 2 saylı kliniki psixiatriya xəstəxanasına baş çəkiblər

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Səhiyyə Nazirliyinin 2 saylı kliniki psixiatriya xəstəxanasına baş çəkiblər. Bu barədə çərşənbə günü Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat veriblər.

MPM üzvləri xəstəxananın şöbələrində, palatalarda xəstələrlə görüşüb, onların saxlanma şəraitini, müayinə və müalicə prosesini öyrəniblər. Söhbət zamanı xəstələrlə rəftar, onların müalicəsi, qidalanması, ərzaq məhsulları və dərman preparatları ilə təmini vəziyyəti araşdırılıb.

Eyni zamanda bir sıra çətinliklər də aşkar edilib. Belə ki, müəssisənin həyəti olmadığından, xəstələri müvafiq qaydalar üzrə gündə bir dəfə nəzərdə tutulmuş gəzintiyə çıxarmaq qeyri-mümkündür. Həmçinin bir neçə palatada xəstələrin şəxsi əşyalarının saxlanılması üçün dolabların çatışmadığı, habelə stomatoloqun, psixososial reabilitasiya üçün əmək emalatxanasının olmadığı müəyyən edilib.

Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Xəbər lenti

Xəbər lenti