...

TQDK: sınaq imtahanına qeydiyyat başa çatıb

Cəmiyyət Materials 14 Yanvar 2011 16:26 (UTC +04:00)
2011-ci ildə abituriyentlər üçün ilk sınaq imtahanına qeydiyyat başa çatıb, boş yer qalmayıb. Bu barədə Trend-ə Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat veriib.
TQDK: sınaq imtahanına qeydiyyat başa çatıb

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Z.Əhmədova/

2011-ci ildə abituriyentlər üçün ilk sınaq imtahanına qeydiyyat başa çatıb, boş yer qalmayıb. Bu barədə Trend-ə Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat veriib.

2011-ci ilin sınaq imtahanı yanvarın 23-də respublikanın 11 şəhərində keçiriləcək.

Test kitabçalarında ilk dəfə açıq tipli tapşırıqların olacağı birinci sınaq imtahanına internet vasitəsilə qeydiyyat yanvarın 6-da başlayıb.

İlk sınaq imtahanına 31 min yer ayrılıb, onların 20 mini Bakı, qalanı isə respublika regionlarının payına düşür.

Xəbər lenti

Xəbər lenti