...

Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnaməsi təsdiq edilib

Cəmiyyət Materials 19 Yanvar 2011 16:33 (UTC +04:00)
Azərbaycan hökuməti "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"ni təsdiq edib.
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnaməsi təsdiq edilib

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"ni təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin çərşənbə günü yaydığı məlumatda deyilir.

Nizamnaməyə əsasən, orta ixtisas təhsili müəssisələrində təhsil dili Azərbaycan dilidir. Təhsil müəssisəsinin imkanlarını nəzərə alaraq, təhsil xarici dildə də aparıla bilər. Nizamnamədə o da qeyd edilib ki, hər bir orta ixtisas təhsili müəssisəsində geyim forması müəssisənin nizamnaməsi ilə müəyyən edilir.

Nizamnamədə tələbələrin orta ixtisas təhsili müəssisələrinə qəbul forması, təhsil müəssisəsinin tədris fəaliyyəti, orta ixtisas təhsili müəssisəsinin idarə edilməsinin təşkili, təhsil alanların hüquq və vəzifələri, orta ixtisas təhsili müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyəti, təhsil sahəsində beynəlxalq münasibətlər ümumi əlamətlərlə göstərilib.

Xəbər lenti

Xəbər lenti