...

Fevralda türkdilli dövlətlərin media birliklərinin nizamnaməsi qəbul olunacaq

Cəmiyyət Materials 22 Yanvar 2011 09:00 (UTC +04:00)
Fevralda türkdilli dövlətlərin media birliklərinin nizamnaməsi qəbul olunacaq. Bu barədə Trend-ə cümə günü Türkiyənin Baş naziri yanında Mətbuat İdarəsinin informasiya şöbəsinin müdiri Arif Gülən bildirib.
Fevralda türkdilli dövlətlərin media birliklərinin nizamnaməsi qəbul olunacaq

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir A.Axundov/

Fevralda türkdilli dövlətlərin media birliklərinin nizamnaməsi qəbul olunacaq. Bu barədə Trend-ə cümə günü Türkiyənin Baş naziri yanında Mətbuat İdarəsinin informasiya şöbəsinin müdiri Arif Gülən bildirib.

"Dekabrın 21-22-də Ankarada keçirilən türkdilli dövlətlərin media forumu zamanı bu ölkələrin jurnalist birliklərinin təsis edilməsi üzrə işçi qrupu yaradılıb. Fevralda Türkiyədə həmin işçi qrupunun iclası keçiriləcək və orada yeni strukturun nizamnaməsi qəbul ediləcək", - Gülən deyib.

Onun sözlərinə görə, indiyədək Özbəkistandan başqa, bütün türkdilli ölkələrin razılığı alınıb.

Gülən bildirib ki, türkdilli dövlətlərin media birliklərinin yaradılacağı dəqiq tarix hələ müəyyən edilməyib.

Bir müddət əvvəl Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov deyib ki, Ankaradakı media forumu zamanı türkdilli dövlətlərin media birliklərinin yaradılması və "Media qloballaşma dünyasında: imkanlar və problemlər" mövzusunda forumun təşkili haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti