...

2010-cu ilin yekunlarına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 1,8 faiz azalıb

Cəmiyyət Materials 25 Yanvar 2011 15:36 (UTC +04:00)
2010-cu ilin yekunlarına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 2009-cu illə müqayisədə 1,8 faiz azalaraq 9,1 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev mətbuat konfransında bildirib.
2010-cu ilin yekunlarına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 1,8 faiz azalıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.İsmayılov/

2010-cu ilin yekunlarına görə, Azərbaycanda yoxsulluğun səviyyəsi 2009-cu illə müqayisədə 1,8 faiz azalaraq 9,1 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev mətbuat konfransında bildirib.

"2009-cu ildə ölkədə yoxsulluq 0,9 faiz səviyyəsində olub, halbuki 2008-ci ildə ölkə əhalisinin 13,2 faizi yoxsulluq həddində olub", - Vəliyev bildirib.

Dövlət Statistika Komitəsi rəhbərinin dediyi kimi, 2010-cu ildə Azərbaycan insan inkişafının səviyyəsinə görə, dünyanın 169 ölkəsi arasında 2005-ci ildəki 101-ci yerə qarşı 67-ci yerdə olub.

"Son beş il ərzində Azərbaycan insan inkişafının səviyyəsinə görə dünyanın 169 ölkəsi arasında digərlərindən daha nəzərəçarpacaq nəticəyə nail olub", - Vəliyev bildirib.

Onun sözlərinə görə, ötən ilin yekunları üzrə Azərbaycan əhalisinin pul gəlirləri 2009-cu illə müqayisədə 13,3 faiz artaraq 25,6 milyard manat təşkil edib və ölkədə inflyasiyanın artım templərini (2010-cu ildə 5,7 faiz) qabaqlayıb. Adambaşına gəlirlər 11,9 faiz artaraq, 2 866 manat təşkil edib. Gəlirlərin ümumi həcmindən 70 faiz istehlaka, 8,6 faiz vergilərin ödənməsinə, dövlət sosial sığortası və üzvlük haqlarının ödənilməsinə, 19,8 faiz isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Yanvarın 25-nə rəsmi məzənnə 0,7974 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti