...

"Bakı-Tbilisi-Qars" dəmir yolunun inşası layihəsinin dəyərinə yenidən baxılacaq – Azərbaycanın nəqliyyat naziri

Cəmiyyət Materials 25 Yanvar 2011 16:14 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolları sisteminin birləşdirilməsini nəzərdə tutan "Bakı-Tbilisi-Qars" dəmir yolu tikintisi layihəsinin dəyərinə yenidən baxılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Tbilisidə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov layihənin həyata keçirilməsi çərçivəsində məsləhətləşmənin yekunları barədə danışarkən bildirib.
"Bakı-Tbilisi-Qars" dəmir yolunun inşası layihəsinin dəyərinə yenidən baxılacaq – Azərbaycanın nəqliyyat naziri

Gürcüstan, Tbilisi, 25 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolları sisteminin birləşdirilməsini nəzərdə tutan "Bakı-Tbilisi-Qars" dəmir yolu tikintisi layihəsinin dəyərinə yenidən baxılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Tbilisidə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov layihənin həyata keçirilməsi çərçivəsində məsləhətləşmənin yekunları barədə danışarkən bildirib. Görüşdə nəqliyyat nazirinin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti və infrastruktur və regionların inkişafı naziri Ramaz Nikolaşvilinin başçılıq etdiyi Gürcüstan nümayəndə heyəi iştirak edib.

Bir müddər əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbənin qeyd etdiyi kimi, Azərbaycan hökuməti dəmir yolunun Gürcüstana məxsus hissəsinin tikintisinin maliyyələşdirilməsinə əlavə 500 milyon dollar vəsait ayırmağa hazırdır. Dəmir yolunun Gürcüstana məxsus hissəsinin tikintisi üçün Azərbaycan ölkənin Neft Fondunun vəsaitlərindən artıq 200 milyon dollar ayrıb. Bu kredit illik bir faiz dərəcə ilə 25 il müddətinə nəzərdə tutulub.

"Əlbəttə ki, vəziyyət dəyişir və bununla əlaqədar, layihənin dəyəri də artacaq, çünki bu gün qiymətlər artıq başqadır", - Məmmədov qeyd edib. Bununla yanaşı, nazir yeni kreditin məbləğini dəqiqləşdirməyib və bu məsələnin maliyyəçilərlə razılaşdırılacağını qeyd edib.

Məmmədovun sözlərinə görə, bununla əlaqədar artıq məsləhətləşmələr gedir və iki ölkənin prezidentləri maliyyə nazirlərinə bu məsələni müzakirə etməyi tapşırıblar.

"Hələlik bu məsələ baxılma mərhələsindədir", - nazir qeyd edib.

Öz növbəsində Nikolaişvili qeyd edib ki, tərəflər bu mərhələdə aparılan işləri müzakirə ediblər.

"İndi Türkiyə ilə sərhəddə dörd kilometrlik tunelin tikintisi üzrə işlər aparılır, eləcə də gömrük qaydalarının sadələşdirilməsi məsələsi və sərhədlərin kəsişməsi üzrə qaydalar müzakirə olunur", - o, qeyd edib.

Nikolaişvilinin sözlərinə görə, Azərbaycanın ayırdığı 200 milyon dollar həcmində kreditin 100 milyon dolları istifadə olunub və indi yerdə qalan məbləğ üzrə işlərin planlaşdırılması prosesi gedir.

Hər iki ölkənin nazirləri bildiriblər ki, çərşənbə günü Türkiyənin nəqliyyat və kommunikasiyalar naziri Binəli Yıldırım da müzakirələrə qoşulacaq.

"Bu, region üçün çox əhəmiyyətli layihədir və biz Asiya və Avropanı birbaşa birləşdirən dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsi üzrə yerdə qalan işləri ətraflı müzakirə edəcəyik", - Nikolaişvili bildirib.

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km-i Türkiyə, 29 km-i isə Gürcüstan ərazisindən keçəcək. Buna paralel olaraq Axalkalaki-Marabda-Tbilisi dəmiryol məntəqəsinin yenidən qurulması aparılır. Bunun nəticəsində yük dövriyyəsi 15 milyon tona qədər artırılacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun dediyinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol sistemini birləşdirəcək "Bakı-Tbilisi-Qars" dəmiryolunun tikintisi çərçivəsində işlərin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesin sürətləndirilməsi və işlərin böyük hissəsinin 2011-ci ilin sonunadək başa çatdırılması üzərində işləyirlər.

Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük olacaq.

Xəbər lenti

Xəbər lenti