...

Azərbaycanda həkimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi keçirilib

Cəmiyyət Materials 27 Yanvar 2011 18:02 (UTC +04:00)
Azərbaycanda praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti ikinci mərhələsi - müsahibəsi keçirilib.
Azərbaycanda həkimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsi keçirilib

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti ikinci mərhələsi - müsahibəsi keçirilib. Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Müsahibədə 12 yanvar tarixində anesteziologiya-reanimatologiya ixtisası üzrə test imtahanı verən və birinci mərhələdən uğurlu nəticələr əldə edən həkimlər iştirak ediblər. Sertifikasiya komissiyasının yekdil qərarına görə, müsahibədə iştirak edən 7 həkim növbəti mərhələni də uğurla keçiblər.

İmtahanın birinci mərhələsində 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60-na düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılıblar.

Xəbər lenti

Xəbər lenti