...

Azərbaycanda boks üzrə dünya çempionatının keçirilməsi barədə müqavilə imzalanıb

Cəmiyyət Materials 31 Yanvar 2011 17:30 (UTC +04:00)
Bazar ertəsi Azərbaycan Boks Federasiyası və Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) Bakıda boks üzrə 16-cı dünya çempionatının keçirilməsi haqqında saziş imzalayıblar. Sazişi AIBA prezidenti Çinq-Kuo Vu və ABF-nin prezidenti Kəmaləddin Heydərov imzalayıblar.
Azərbaycanda boks üzrə dünya çempionatının keçirilməsi barədə müqavilə imzalanıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir M.Əliyev/

Bazar ertəsi Azərbaycan Boks Federasiyası və Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) Bakıda boks üzrə 16-cı dünya çempionatının keçirilməsi haqqında müqavilə imzalayıblar. Sazişi AIBA prezidenti Çinq-Kuo Vu və ABF-nin prezidenti Kəmaləddin Heydərov imzalayıblar.

"Azərbaycan son illər bir sıra böyük beynəlxalq turnirlərə ev sahibliyi edib və əminik ki, boks üzrə dünya çempionatı da yüksək səviyyədə keçiriləcək", - imzalama mərasimində Heydərov bildirib.

AIBA prezidenti Çinq-Kuo Vu mərasimdə bildirib ki, Bakıda keçiriləcək turnir idmançılara 2012-ci il London yay Olimpiya oyunlarına lisenziya verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək. Onun sözlərinə görə, Bakıda keçiriləcək dünya çempionatına dünyanın 100-dən çox ölkəsinin boksçuları gələcək. "AIBA gələcəkdə də ABF ilə uğurlu əməkdaşlığı davam etdirəcək və Azərbaycanda beynəlxalq turnirləri təşkil edəcək", - Çinq-Kuo Vu qeyd edib.

Dünya çempionatı Azərbaycanın paytaxtında 2011-ci il sentyabrın 22-dən oktyabrın 10-dək təşkil ediləcək. Boks üzrə dünya çemponatları 1974-cü ildən keçirilir. MDB ərazisində belə turnir yalnız bir dəfə - 1989-cu ildə Moskvada keçirilib.

Xəbər lenti

Xəbər lenti