...

Azərbaycanda şəhərdaxili marşrutlarda radio və maqnitofondan istifadə qadağan olunacaq

Cəmiyyət Materials 14 Fevral 2011 11:33 (UTC +04:00)
Azərbaycanda şəhərdaxili marşrutlarda radio və maqnitofondan istifadə qadağan olunacaq. Trend-in məlumatına görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə (İXM) əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb və Milli Məclisə tövsiyə olunub.
Azərbaycanda şəhərdaxili marşrutlarda radio və maqnitofondan istifadə qadağan olunacaq

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda şəhərdaxili marşrutlarda radio və maqnitofondan istifadə qadağan olunacaq. Trend-in məlumatına görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə (İXM) əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb və Milli Məclisə tövsiyə olunub.

İXM-ə təklif olunan əlavədə nəzərdə tutulub ki, müntəzəm şəhərdaxili marşrutlarda audio cihazlardan istifadə sərnişindaşıma qaydalarının pozulması hesab olunur. Bu qayda pozuntusuna görə 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulub.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, audio cihazlara radio, maqnitofon və musiqi dinləmək üçün digər vasitələr daxildir.

Şöbə rəisi deyib ki, audio cihazlardan daşıma prosesi ilə bilavasitə əlaqəsi olduqda istifadə olunmalıdır.

Onun sözlərinə görə, əksər xarici ölkələrdə audio cihazlardan sərnişinlərə dayanacaqlar barədə məlumat vermək məqsədilə istifadə olunur.

Qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirə olunacaq.

İnzibati Xətalar Məcəlləsinin sərnişindaşıma qaydalarının pozulması ilə bağlı maddələrinin icrasına Nəqliyyat Nazirliyi nəzarət edir.

Xəbər lenti

Xəbər lenti