...

ÜST-nin Avropa Regional Bürosunun direktoru Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 25 Fevral 2011 18:14 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru doktor Jujanna Yakab fevralın 28-də Azərbaycana səfər edəcək.
ÜST-nin Avropa Regional Bürosunun direktoru Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru doktor Jujanna Yakab fevralın 28-də Azərbaycana səfər edəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, 53 ölkəni özündə birləşdirən ÜST-nin Avropa Regional Bürosu hər ilin sentyabr ayında öz sessiyalarını keçirir. Avropa qitəsinin və MDB məkanı dövlətlərinin qatıldığı sessiyalarda bu ölkələrin səhiyyə nazirlərindən başqa bir sıra nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak edirlər.

2009-cu ilin sentyabrında Kopenhagendə təşkilatın 59-cu sessiyasında ÜST Avropa Regional Bürosunun rəhbərliyi Regional Komitənin 61-ci sessiyasının 12-15 sentyabr tarixlərində Bakıda keçirilməsi haqqında Azərbaycana müraciət edib və ölkəmiz bu tədbirin ev sahibliyini öz üzərinə götürüb.

Jujanna Yakabın Azərbaycana fevralın 28-dən martın 2-dək davam edəcək səfəri çərçivəsində Bakıda keçiriləcək sessiyaya dair anlaşma memorandumunun imzalanması nəzərdə tutulub.

Regional direktor Nazirlər Kabinetində, BMT-nın ölkəmizdə təmsil olunan müxtəlif qurumlarında görüşlər, habelə nümunəvi tibb müəssisələrinə baxışlar keçirəcək.

Xəbər lenti

Xəbər lenti