...

Azərbaycanda gizli qaydada informasiya alınması üçün texniki vasitələrin qanunsuz istehsalı cinayət məsuliyyəti yaradacaq

Cəmiyyət Materials 3 Mart 2011 13:06 (UTC +04:00)
Azərbaycanda Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklər ediləcək. Bu barədə cümə axşamı Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda gizli qaydada informasiya alınması üçün texniki vasitələrin qanunsuz istehsalı cinayət məsuliyyəti yaradacaq

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklər edilə bilər. Bu barədə cümə axşamı Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Parlamentə tövsiyə olunan qanun layihəsi sabah müzakirəyə çıxarılacaq.

Cinayət Məcəlləsinə əlavələrdə nəzərdə tutulub ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə cinayət məsuliyyəti yaradır.

Həmin cinayətə görə, min manatdan 5 min manatadək məbləğdə cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud da eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavədə isə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etmə inzibati xəta hesab olunur.

Həmin xətaya görə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə 200 manatdan 400 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti