...

Azərbaycanlı tələbələr Ukraynada təhsil almağa maraq göstərir

Cəmiyyət Materials 5 Mart 2011 13:55 (UTC +04:00)
Ukraynadakı ali təhsil müəssisələrində iki mindən artıq azərbaycanlı tələbə təhsil alır. Trend-in məlumatına görə, bu barədə şənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında Ukrayna Təhsil və Elm Nazirliyi Dövlət Beynəlxalq Təhsil Mərkəzinin Azərbaycandakı təmsilçisi Aydın Novruzov bildirib.
Azərbaycanlı tələbələr Ukraynada təhsil almağa maraq göstərir

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir T.Hacıyev/

Ukraynadakı ali təhsil müəssisələrində iki mindən artıq azərbaycanlı tələbə təhsil alır. Trend-in məlumatına görə, bu barədə şənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında keçirdiyi mətbuat konfransında Ukrayna Təhsil və Elm Nazirliyi Dövlət Beynəlxalq Təhsil Mərkəzinin Azərbaycandakı təmsilçisi Aydın Novruzov bildirib.

Novruzov bildirib ki, təhsil haqları aşağı olduğuna görə, azərbaycanlı tələbələr bu ölkədə ali təhsil almağa maraq göstərirlər.

"Xarici tələbələr üçün illik təhsil haqqı təxminən 1,5-3,5 min dollar təşkil edir, halbuki Avropada, məsələn Bolqarıstanda minimal təhsil haqqı ildə 6,5 min dollara bərabərdir. Bununla yanaşı, Ukrayna ali təhsil müəssisələrinin təqdim etdiyi diplomlar Azərbaycanda, bütün MDB və Avropa İttifaqı ölkələrində tanınır, çünki hələ 2005-ci ildə Ukrayna Boloniya prosesinə qoşulub." - o əlavə edib.

Novruzovun sözlərinə görə, rus və ya ingilis dilini bilən Azərbaycan tələbələri müsahibəni uğurla keçdikləri təqdirdə birinci kursa qəbul olunurlar. Bununla yanaşı, hazırlıq kurslarına yazılmaq mümkündür. Mərkəz bakalavr, magistr, aspirant, elmlər namizədi və s. dərəcələr üzrə təhsil almaq imkanı yaradır. Həmçinin, bəzi ixtisaslar üzrə qiyabi təhsil forması da mövcuddur.

Beynəlxalq Təhsil Mərkəzinin direktor müavini Natalya Tuzova qeyd edib ki, hazırda Ukraynadakı 200-ə yaxın təhsil ocağında ümumilikdə 50 mindən artıq xarici tələbə təhsil alır.

Ukraynanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Yuri Lupey bildirib ki, azərbaycanlı tələbələrin təhsil aldıqları xarici dövlətlər arasında Ukrayna Rusiya və Türkiyədən sonra üçüncü yerdədir və bu tələbələrin sayı ilbəil artır.

Xəbər lenti

Xəbər lenti