...

Azərbaycan Daxili İşlər Nazirliyi keçirilən qanunsuz aksiya ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 11 Mart 2011 19:45 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi keçirilən qanunsuz aksiya ilə bağlı məlumat yayıb
Azərbaycan Daxili İşlər Nazirliyi keçirilən qanunsuz aksiya ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 11 mart /Trend/

Azərbaycan DİN Bakı şəhərində keçirilən qanunsuz aksiya ilə bağlı məlumat yayıb.
Cümə günü saat 12:00-dan başlayaraq aksiya təşkilatçılarının tərəfdarları ümumi sayı 100 nəfərədək olan ayrı-ayrı kiçik qruplarla paytaxtın müxtəlif küçələrində ictimai qaydanı, əhalinin dincliyini nümayişkaranə şəkildə pozub və metronun "28 may" stansiyası yaxınlığında toplaşmağa cəhd göstəriblər. Bu barədə cümə günü DİN-in mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Görülmüş tədbirlərlə belə qanunazidd hərəkətlərin qarşısı alınaraq 43 nəfər saxlanılıb. Onlardan asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərinin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək, toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndərilib. İzahatları alınmış daha 23 nəfər hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb.
Respublikanın digər şəhər və rayonlarında qanunsuz aksiya keçirmək cəhdi qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti