...

Azərbaycanda beş nəfər qanunsuz ov etdiklərinə görə cəzalandırılıb

Cəmiyyət Materials 12 Mart 2011 12:01 (UTC +04:00)
Azərbaycanda beş nəfər qanunsuz ov etdiklərinə görə cəzalandırılıb. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Azərbaycanda beş nəfər qanunsuz ov etdiklərinə görə cəzalandırılıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda beş nəfər qanunsuz ov etdiklərinə görə cəzalandırılıb. Bu barədə şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, martın 4-dən 10-dək nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib.

"Qızılağac Dövlət Təbiət Qoruğunda keçirilən reyd zamanı qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon Qızılağac kənd sakini Musabala Əliyev saxlanılıb və ondan 1 taxta qayıq, 1 taxta qayıq avarı, 1 elektrik gücləndiricisi, 1 akkumulyator və 13 külmə balığı aşkar edilərək götürülüb. Əliyev barəsində müvafiq qaydada akt tərtib olunub və əməlində cinayət tərkibi olduğu üçün tərtib edilmiş sənədlər Lənkəran rayon polis şöbəsinə göndərilib", - İbrahimova deyib.

Nazirlik rəsmisi bildirib ki, Mahmudçala Ovçuluq Təsərrüfatı ərazisində də qanunsuz ov faktı qeydə alınıb.

"Qanunsuz ovla məşğul olan Biləsuvar rayonu Bəydili kənd sakini Nicat Əzizov və Xırmandalı kənd sakini Şahin Kazımov saxlanılaraq hər birindən 1 ədəd ov tüfəngi götürülüb. Həmin şəxslər barəsində müvafiq akt və protokol tərtib edilərək hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunub", - İbrahimova deyib.

İbrahimova bildirib ki, Zaqatala rayonu Donbabinə kəndinin Qırğıllıbinə adlanan sahəsində də qanunsuz ovla məşğul olan Zaqatala rayon Masxarabinə kənd sakini Kazım İmamhüseynov saxlanılıb. Ondan 1 ov tüfəngi götürülərək akt və protokol tərtib olunub və həmin şəxs 1000 manat məbləğində cərimə edilib.

"Oğuz rayonu ərazisində keçirilən reyd zamanı Sincan kənd sakini Mehman Abdulqədirov qanunsuz ov edərkən saxlanılıb və ondan 1 ov tüfəngi götürülüb. Həmin şəxs barəsində akt və protokol tərtib edilib və 1000 manat məbləğində cərimə olunub", - İbrahimova qeyd edib.

Xəbər lenti

Xəbər lenti