...

Türkiyənin "Beşiktaş" futbol komandasının baş məşqçisi istefa verib

Cəmiyyət Materials 15 Mart 2011 12:40 (UTC +04:00)
Türkiyənin "Beşiktaş" futbol komandasının baş məşqçisi Bernd Şuster (Bernd Schuster) vəzifəsindən istefa verib
Türkiyənin "Beşiktaş" futbol komandasının baş məşqçisi istefa verib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Türkiyənin "Beşiktaş" futbol komandasının baş məşqçisi Bernd Şuster (Bernd Schuster) vəzifəsindən istefa verib.

Trend-in məlumatına görə, Şuster martın 14-də axşam istefa qərarını klub rəhbərliyinə bildirib. O, uğursuz nəticələr alan komandada qalmaq istəmədiyini söyləyib. "Beşiktaş" rəhbərliyinin bu gün fövqəladə toplantı keçirərək Şusterin istefasını qəbul edəcəyi gözlənilir.

Alman baş məşqçi hazırkı futbol mövsümünün əvvəlində "Beşiktaş"ın baş məşqçisi təyin olunub. Lakin komanda Türkiyə liqasının bitməsinə 9 tur qalmış çempionluq şansını itirib və 7-ci yerdədir.

Xəbər lenti

Xəbər lenti